SOCAR Gürcüstanın kilsə və məbədlərini ödənişsiz isidəcək
SOCAR Gürcüstan ərazisində yerləşən kilsə və məbədlərin sərf etdiyi təbii qazın dəyərini ödəyəcək.
Oxu.Az Gruziya onlayn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan patirarxlığından bildirilib.
“SOCAR neft şirkəti və Gürcüstan patriarxlığı arasında tərtib edilmiş Müqaviləyə əsasən, SOCAR könüllü olaraq Gürcüstan ərazisində yerləşən kilsə və məbədlərin sərf etdiyi təbii qazın dəyərini ödəməyi öz öhdəliyinə götürüb. Müqavilənin müddəti cari ilin noyabr ayının 1-də bitir, amma şirkətin qərarı ilə, müddət daha iki ay artırılaraq 2015-ci ilin dekabr ayının 31-nə kimi uzadılıb (qeyd etmək lazımdır ki, yardım digər dinlər üçün də artırılıb)”, bəyanatda deyilir.
Eləcə də, Gürcüstan patriarxlığının SOCAR prezidenti Rövnəq Abdullayevə və “SOCAR energo Corcia”nın baş direktoru cənab Mahir Məmmədova bu böyük həmrəylik üçün təşəkkür etdiyi də qeyd edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli