Guardian: Putinin planı işləyir
Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hərbi kampaniyası Qərbi çaşdırır, bu isə Rusiya liderinin planının səmərəliliyini göstərir, The Guardian qəzeti yazıb.
Nəşr Rusiyanın fəaliyyətinin Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək çərçivəsindən çıxa biləcəyini iddia edir. Daha öncə Dövlət Dumasında və Federal Şurada Rusiyanın “İslam dövləti” (İŞİD) yaraqlılarının mövqelərindən fərqli hədəfləri bombardman etməsi barədə informasiyanın həqiqətə uyğun olmadığı bəyan edilmişdi, Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
Cümə axşamı baş tutan görüşdə, NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, alyans Türkiyədə öz sağ cinahını qorumaq üçün qoşun göndərməyə hazır olduğunu bəyan edib.
Nəşr son aylarda Türkiyə müttəfiqləri ABŞ və Almaniyanın türk hakimiyyətinin kürdləri məhv etməsinə etiraz olaraq öz zenit gəmilərini oradan geri çəkdilər.
Qəzetin məlumatına görə, Putinin fəaliyyəti onu “dünya səhnəsinin mərkəzinə” qoyur. Nəşrin müəllifi prezidenti oyununu bütün dünyanın izlədiyi aktyorla müqayisə edib.
Rusiya liderinin uğuru Rusiya vətəndaşlarının etibarı ilə güclənir: məqalədə misal gətirilən sorğuya əsasən vətəndaşların 72%-i Suriyada hərbi kampaniyanı dəstəkləyirlər.
Məqalədə həmçinin qeyd edilir ki, NATO-nun Suriya münaqişəsinə yetərincə cəlb edilməməsi Qərb üçün neqativ nəticələrə səbəb olacaq, belə ki, Rusiya hərbçilərinin fəallaşması Suriyadan daha çox qaçqın axınına, regionda münaqişənin gərginləşməsinə, eləcə də Rusiya, Türkiyə və NATO təyyarələri arasında hava toqquşmaları riskinin artmasına gətirib çıxara bilər.
Mənbə:> Oxu.Az