NATO Türkiyəni bütün vasitələrlə qorumağa hazırdır
NATO Türkiyəni cənubdan (Suriya istiqaməti) gələn təhlükələrdən qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberqə istinadən xəbər verir.
“Alyans artıq qoşunların yerləşdirilməsi üçün hazırlığı artıraraq reaksiya verib”, - o əlavə edib.
Stoltenberqin sözlərinə görə, NATO Suriyadakı vəziyyəti daim təqib edir və Ankara ilə ona əlavə dəstəyin lazım olub-olmadığını müzakirə edir.
Baş katib qeyd edib ki, alyansın narahatçılığına Rusiyanın Suriyada qanadlı raketlərdən istifadə etməklə İŞİD-in obyektlərinə vurduğu zərbələr səbəb olub.
Stoltenberqin fikrinə görə, Moskva Bəşər Əsədin dəstəyinə yox, “İslam dövləti” ilə mübarizəyə diqqət yönəltməlidir.
Mənbə:> Oxu.Az