Britaniya Baltikyanını Putindən qorumağa hazırlaşır
Böyük Britaniya NATO sərhədlərinin möhkəmləndirilməsi və “Rusiya təcavüzünün qarşısını almaq” üçün öz qoşunlarını Baltik regionunda uzunmüddətli yerləşdirməkdə Almaniya və ABŞ-a qoşulacaq, Financial Times yazır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bu qərarı alyansın Brüsseldə keçiriləcək Şimali Atlantika blokunun nazirlərinin ənənəvi rüblük şurası çərçivəsində bəyan edəcək.
Qoşunların yerləşdirilməsinin müddəti müəyyən edilməyib, amma daima rotasiya aparılacaq. Nəşrin yazdığına görə bu fənd Moskva ilə Rusiya sərhədlərində qoşunların daimi yerləşdirilməməsinə dair razılaşmadan yan keçməkdə NATO-ya imkan yaradacaq.
Adıçəkilməyən məmur qəzetə bildirib ki, söhbət bir rotadan və ya yüzə yaxın əsgərdən gedir. Belə məhdud saylı tərkib, Britaniya parlamentinin xaricdə yerləşdirilən hərbçilərinin sayının azaldılması ilə bağlı çağırışı ilə əlaqədar ola bilər.
Nəşr Böyük Britaniyanın quru qoşunlarının sayının Napaleon dövründəki sayı ilə müqayisə edilə biləcək olmasına təəssüflənir.
Fellonun çıxışı ilə tanış olan digər mənbə, nazirin öz çıxışında Ukrayna ordusunun təlim proqramının genişləndirilməsinə toxunacağını bildirib. Hal-hazırda 75 Britaniya hərbçisi artıq Qərbi Ukraynada 1600 əsgərin hazırlığı ilə məşğuldur.
Mənbə:> Oxu.Az