Yəmən İrandakı səfirliyini bağlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Yəmən İrandakı səfirliyini bağlayır

Yəmən İrandakı səfirliyini bağlayır


Yəmən rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq İrandakı səfirliyini bağlayır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Yəmən höküməti İranı ölkənin suverenliyini pozmaqda ittiham edib. Ölkə rəhbərliyi rəsmi Tehranı şiə hüsi-üsyançılarına dəstək verməkdə günahlandırıb.

“France-Presse”in məlumatına görə, Yəmən prezident aparatının rəsmisi Əbd Rabbo Mansura Hadi İran səfirinin ölkədən çıxarılması barədə bəyanat verib.

Agentliyin xəbərinə əsasən, hal-hazırda Yəmən paytaxtı Sanada yerləşən İran səfirliyi hüsilərin nəzarəti altındadır.

Yəmən höküməti İranla diplomatik əlaqələri dayandırmaq qərarına gəlib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *