Prezident Kralın yanına qaçdı
Ölkəsini vətəndaş qarşıduramsı bürüyən Yəmən prezidentinin harada olduğu açıqlanıb.
ANS PRESS-in məlumaıtna görə, Yəmən dövlət başçısı Abdrabbuh Mənsur Hadi Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada səfər edib. Bu barədə səudiyyəli nümayəndələr açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Hadinin Səud Krallığından sonra Ərəb Birliyi sammitində iştirak etmək üçün iki günlük Misirə gedəcəyi gözlənilir.
Bu, Yəmən prezidentinin Ədəndən çıxdıqdan sonra harada olması ilə bağlı yayılan ilk açıqlamadır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndəki vəziyyətin gərginləşdiyini nəzərə alaraq hökumətə dəstək məqsədilə çərşənbə günü hərbi müdaxilə etməli olub. Hadinin isə bu ərəfədə qaçaraq Ədəndə gilzəndiliyi bildirilirdi.
Mənbə:> ANSPRESS