Yəmən prezidenti ölkəsindən qaçdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Yəmən prezidenti ölkəsindən qaçdı

Yəmən prezidenti ölkəsindən qaçdı


Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi husitlərin Ədənə yaxınlaşmasını görərək öz iqamətgahını tərk edərək naməlum istiqamətə yox olub.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, şiə üsyançılar - husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb.

Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna "Əl-Qaida" nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husitlər arasında döyüşlər gedir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *