Ərəblər böyük savaşa hazırlaşır
Səudiyyə Ərəbistanı Yəmən sərhədində ağır toplar da daxil olmaqla, hərbi texnika və canlı qüvvə yerləşdirir. Bu ölkə qiyamçıların mövqelərinə hava zərbələri endirməyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, Yəməndə davam edən daxili münaqişədə İran tərəfindən dəstəklənən şiə məzhəbli huti qiyamçıları paytaxt Sananı ələ keçirdikdən sonra cənub paytaxtı Ədən üzərinə yürüşə başlayıblar.
ABŞ bildirib ki, Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yığdığı texnikadan həm müdafiə, həm də hücum əməliyyatlarında istifadə oluna bilər. ABŞ tərəfindən dəstəklənən Yəmən prezidenti Abd-Rabbu Mansor Hadi hazırda Ədən şəhərinə yerləşib.
Yəmənin xarici işlər naziri Körfəz ölkələrini və BMT-ni müdaxiləyə çağırıb. O, İranı Yaxın Şərq boyunca məzhəb ədavətini qızışdırmaqda ittiham edir.
Mənbə:> ANSPRESS