Vəhabi kral: "Onlar bəladır"
Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz müsəlman və ərəb ölkələrini təhdid edən risklərlə mübarizə üçün Ərəb-İslam əməkdaşlığının genişləndiriləcəyini bildirib.
ANS PRESS-in məlumatına görə, kral prioritetlərinin paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin təsis olunması olduğununın vacibliyini bildirib.
Kralın televiziya ilə yayımlanan çıxışında, Səudiyyə Ərəbistanının xarici siyasətinin başqa ölkələrin daxili işlərinə qarışmamaq olduğunu deməklə yanaşı ərəb və müsəlmanlara aid məsələrin beynəlxalq təşkilatlarda müdafiə edilməkdə davam edəcəyini söyləyib.
Terror və ekstremizmin hər hansı bir dinə aid olmayan bir bəla kimi xarakterizə edən Ərəbistan kralı ölkəsinin terrorun hər növünün qarşısında olacağını deyib.
Kral neftin qiymətlərinin Səudiyyə Ərəbistanının istiqsadiyyatına təsirsiz ötüşmədiyini deməklə yanaşı ölkə iqtisadiyyatının neftdən asılığını azaltmaq üçün işlərə başladıqlarını da sözlərinə əlavə edib.
Mənbə:> ANSPRESS