İlk addım İrandan gəldi
İran Səudiyyə Ərəbistanı ilə əlaqələri inkişaf etdirmək arzusundadır.
ANS PRESS-in məlumatına görə, bu sözləri Livanda səfərdə olan İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Bərucari deyib.
Bərucari bu gün Livanın Milli assambleya sədri Nəbih Berri, Livan baş naziri Tammam Salam, Livan Xarici İşlər naziri Cəbran Basil və digər siyasətçilərlə görüşüb. Livanda danışıqlar zamanı Suriya münaqişəsi, İran-Livan əlaqələri, regionda vəziyyət və digər məsələlər müzakirə edilib.
Bərucari jurnalistlərər bildirib ki, İran mütəmasi bölgədəki bütün ölkələrlə yaxşı əlaqələr qurmaq siyasəti aparır. Onun dediklərinə görə bu ölkələr arasında Səudiyyə Ərərbistanı da var.
Qeyd edək ki, İran hakimiyyəti Livan da daxil olmaqla bütün mərkəzi asiyada təhlükəsizlik və sabitliyin marağındadır.
Mənbə:> ANSPRESS