Oqtay Şirəliyevə İran şikayəti
Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edib.
Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Saatlı rayon Mərkəzi Xəstəxanasında keçirilən görüşdə Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.
Qəbula gələn 40-a yaxın şəxsin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından, fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Mənbə:> ANSPRESS