Zakir Qaralovdan yeni xəbər
Baş prokuror Salyan şəhərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, baş prokuror Zakir Qaralov noyabrın 14-də vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Salyan rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərə baxılıb. Faktlar üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Mənbə:> ANSPRESS