5 mindən çox adam nazirliyə müraciət edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

5 mindən çox adam nazirliyə müraciət edib

5 mindən çox adam nazirliyə müraciət edib


Son bir ayda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub ki, onların 90,6 faizini nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qeyd edilən dövrdə 142 - “Çağrı mərkəzi”nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5 faiz), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4 faiz) sorğu xarakterli olub.

Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77 faiz) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5 faiz) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub.

142 - “Çağrı mərkəzi”nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-nin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *