Kəmaləddin Heydərov problemləri həll etdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində vətəndaşları qəbul edib.
ANS PRESS-in məlumatına görə, dekabrın 26-da təşkil edilən görüşdə nazir Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinlərini, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.
Görüşdə 23 vətəndaş qəbul edilib. Onlardan bəzilərinin müraciətləri yerindəcə öz həllini tapıb, bəzi məsələlərin həlli ilə bağlı aidiyyatı strukturlara tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı 152 nəfər müraciət edib. Həmin vətəndaşları nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri qəbul edib.
Mənbə:> ANSPRESS