İran Azərbaycana dollardan imtina etməyi təklif edir » AzNews.info -Xəbər portalı

İran Azərbaycana dollardan imtina etməyi təklif edir

İran Azərbaycana dollardan imtina etməyi təklif edir


Azərbaycan-İran ticarət münasibətlərində hansı valyutadan istifadə edilməsi məsələsi müzakirə olunacaq.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Ölkəsinin ABŞ valyutasından imtina etdiyinə toxunan nazir vurğulayıb ki, Azərbaycan və İran arasında ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək mümkündür:

“İran digər ölkələrlə ticarət əməliyyatlarını həmin ölkələrin milli valyutaları ilə həyata keçirir. Bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq. Bu gün Azərbaycan Mərkəzi Bankın sədri ilə görüşəcəyik. Bank sahəsində əməkdaşlığın genişləndirilməsi həm bu görüşdə, həm də ekspertlərin görüşündə müzakirə olunacaq. Üçüncü ölkənin valyutasından da istifadə edilməsi mümkündür”.

Ə.Tayebnia əlavə edib ki, əsas müzakirə mövzularından iki ölkə arasında bank sektorundakı maneələrin aradan qaldırılmasıdır.

“Ümid edirəm ki, biz bu sahədə uğur qazanacağıq. Bank sahəsində əməkdaşlığın inkişaf etməsi bizim üçün çox vacibdir”, - deyə o qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *