Azərbaycan Vyetnama neft avadanlığı satacaq
Yanvarın 26-da Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, görüşdə iki ölkə arasında iqtisadi sahədə əlaqələr, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycanın neft avadanlığı istehsal edən şirkətlərinin Vyetnam bazarına çıxarılması və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.
İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam - Azərbaycan Hökumətlərarası Komissiyanın yaradılması prosesi ilə bağlı fikir mübadiləsi aparılır.
Mənbə:> Oxu.Az