Yəmən münaqişəsinin həlli tapıldı
İran Yəməndə baş verən böhranın həlli planını BMT-yə təqdim edib.
ANS PRESS-in "Tass" agentliyinə istinadən verdiyi məlumata görə, plan İranın xarici işlər naziri Cavad Zərifin BMT baş katibi Pan Gi Muna göndərilən məktubunda yer alıb.
Nazir birinci addım kimi “atəşin dayandırılması və xarici qüvvələr tərəfindən bütün hərbi hücumların dayandırılmasını” göstərib. Planın 2-ci hissəsinə isə “Yəmən sakinlərinə maneəsiz və təcili humanitar və tibbi yardımın çatdırılması” daxildir.
Daha sonra isə Zərifin fikrincə bütün cəmiyyət qruplarını və siyasi partiyaları əhatə edən xalqlararası dialoqu bərqərar etmək lazımdır. Bu dialoq “milli birliyi təcəssüm edən inklyuziv hökümət”in formalaşmasına gətirib çıxarmalıdır.
Mənbə:> ANSPRESS