Miqrantlara qarşı əməliyyat – FOTO
Liviya sahillərində təşkil edilən 20 ayrı əməliyyat zamanı dəniz yoluyla Avropaya keçmək istəyən 4 min 343 miqrant xilas edilib.
ANS PRESS-in məlumatına görə, əməliyyatlarda İtaliya donanması, İngiltərə və Almaniyanın döyüş gəmiləri iştirak edib.
Digər tərəfdən Yunanıstan tərəfindən keçirilən əməliyyatlarda 335 miqrant xilas edilərək, İtaliya hökümətinə təhvil verilib. Macarıstan və Xorvatiyadan sonra indi də Bolqarıstan miqrant axının qarşısını almaq üçün sərhədlərini bağlayıb.
Bu barədə ölkənin baş naziri Borisov Cəld məlumat verib.
"Bolqarıstan qeyri-leqal miqrantlar üçün sərhədi bağladı. Kim sərhəddi qeyri-qanuni üsullarla keçməyə cəhd edərsə saxlanılacaq.” - deyə baş nazir bildirib.
Xilasetmə əməliyyatının keçirildiyi Liviya sahilləri
Nazir qeyd edib ki, Bolqarıstan hakimiyyəti Türkiyə polisi ilə daimi əməkdaşlığı dəstəkləyir.
Türkiyə-Bolqarıstan sərhədinin 40 km-lıq hissəsinə minlərə miqrant yığılıb. Sərəhədlər bağlandığı üçün yalnız minik və yük avtomobillərinin keçişinə icazə verilir.
Türkiyə-Bolqarıstan sərhədinə irəliləyən miqrantlar
İslandiya hökümətində miqrantlara 16 milyon dollar maliyyə yardımı ayıracağını bildirib. Ada dövlətində 100-dən çox suriyalı miqrant yaşayır. Hökumət əvvəlcə 50 qaçqın ailəni qəbul edəcəyini açıqlasada, etirazlardan sonra kvotanı artırdı.
Minlərlə İslandiya ailəsi sentyabrın 11-də Facebookda Suriyalı miqrantlara dəstək məqsədi ilə səs veriblər.
Bolqarıstan-Türkiyə sərəhdi boyu qurulan postlar
Türkiyədə isə baş nazir Əhməd Davudoğlu suriyalı miqrantların nümayəndələri ilə görüşüb. Davudoğlu miqrantlardan aclıq akiyalarını və digər etirazları dayandırmalarını xahiş edib.
O, həmçinin miqrant məsələsinə daha ciddi yanaşmaları üçün dünya liderlərinə məktub yazacağını bildirib.
Mənbə:> ANSPRESS