Daha bir miqrant faciəsi
Türkiyə sahillərində miqrantları daşıyan taxta gəmi batıb.
7news.az-ın məlumatına görə, Aydının Didim rayonundan Yunan adalarına keçməyə çalışan 125 miqrant ölümlə üz-üzə gəlib. 18 metrlik gəminin aşması səbəbindən 34 nəfər ölüb.
Bulamaç adası yaxınlığında batan gəmidən 28 miqrant üzərək sahilə çıxmağı bacarıb.
Digər 62 nəfər isə Yunan Sahil Təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.
Mənbə:> 7news.az