Aralıq dənizində faciə: Yüzlərlə ölü – FOTO
Liviyanın Zuvara şəhəri sahillərində təxminən 500 miqrantı daşıyan 2 qayıq batıb. Yüzlərlər insanın öldüyü bildirilir.
ANS PRESS-in məlumatına görə, dünən səhər saatlarında qayıqlardan yardım siqnalı alınıb. Batan ilk gəmində 50 nəfər, ikinci gəmidə isə 400 miqrant olub.
Liviya Sahil Təlükəsizlik xidməti qayıqlarda xilasetmə tədbirlərini davam etdirir. Ancaq verilən məlmatlara görə, batan qayıqlarda olan miqrantların sudan sağ çıxarılma ehtimalı çox azdır.
Miqrantların batdığı-Zuvara şəhəri sahilləri
Qayığın batdığı ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, artıq 100-dən çox meyit Tripolinin qərbində xəstəxanalardan birinə yerləşdirilib.
Miqrantların Suriya, Banqladeş və Cənubi Saxaradan olduqları bildirilir. Birləşmiş Millətlər Təşkilatı bu il Avropaya gəlməyə çalışan 2400 də çox miqrantın dənizdə boğularaq öldüyünü açıqlayıb.
Miqrantlar xilas edilərkən
Bundan əvvəl Liviya sahillərində saxlanılmış gəminin yük bölməsindən və Avstriyada isə yük maşından ümumilikdə 100 -dən çox miqrantın meyidi aşkarlanıb.
Miqrantları daşıyan qayıq
Son dövürlər Avropaya miqrant axının artmasının səbəbi isə Yaxın Şərqdə və Şimali Afrikada baş verən vətəndaş müharibələridir. Aclıq və hər gün baş verən terror hadisələri rahat həyat arzulayan insanları təhlükəli yollarla Avropaya səfərə çıxmağa məcbur edir.
Mənbə:> ANSPRESS