Avropanın imici Aralıq dənizində batır – VİDEO
Beynəlxalq Miqrasiya Təşkilatı Aralıq dənizində daha bir “batan gəmidən” həyəcan siqnalı aldığını bildirib.
ANS PRESS-in məlumatına görə, məlumata görə, sözü gedən gəminin göyərtəsində 300 miqrant var. Təşkilat artıq 20 nəfərin boğulduğun xəbər verildiyini deyir. Siqnalı göndərən şəxs üç qayığın xilas gözlədiyini bildirib.
Avropa İttifaqının nazirləri bazar ertəsi Lüksemburqda müşavirə keçirirlər. Onlar ötən həftəsonu Liviya sahillərində gəminin batması nəticəsində minə miqrantın həlak olması ilə bağlı fikir mübadiləsi aparacaqlar. Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini deyib ki, Avropa Aralıq dənizində yaranmış miqrant böhranı üçün mənəvi məsuliyyət daşıyır.
“Aralıq bizim dənizimizdir və biz avropalı kimi birlikdə hərəkət etməliyik. Avropa İttifaqı insan haqlarının, insan ləyaqətinin və insan həyatının müdafiəsi prinsipləri üzərində qurulub. Biz buna uyğun şəkildə davranmalıyıq” – deyə Mogherini bildirib.
Lakin statistikaya baxsaq insan haqqlarından ağız dolusu danışan Avropa bu məsələdə qoruyucu kimi imicini itirir.
Məslən keçən il dəniz vasitəsilə Afrika ölkələrindən gələn miqrantların sayı 6 milyonu aşıb, onlardan 2 mini dənizdə batıb. Bu rəqəm İtalyanların xoşuna gəlməsə də məhz öz siyasətlərinin nəticəsi olduğunu da bilirlər.
Afrika qitəsində baş verən qiyam və qarışıqlıqların bir tərəfi elə Avropa ölkələrindən dəstək alır. İtaliya nə vaxtsa silah gücünə Liviyada demokratiya yaratmaq istəyinin hazırda əziyyətini çəkir. İtaliyaya üz tutan qaçqınların məhz ən çoxu qeyri-stabil Liviyadan gəlir.
Mənbə:> ANSPRESS