İtaliya sahillərində 25 qeyri-qanuni miqrant donaraq ölüb
İtaliya sahillərində 25 qeyri-qanuni miqrant donaraq ölüb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, mühacirlər Liviyadan hava ilə doldurulmuş qayıqlar vasitəsilə Avropa ərazisinə qeyri-leqal yolla keçməyə cəhd edərkən ölüblər.
Qeyd olunur ki, İtaliya sahil mühafizəçiləri 105 nəfəri xilas edə bilib. Xatırladaq ki, 2014-cü ilin noyabrında yerli sahil mühafizəçiləri iki sutka ərzində 700 qeyri-qanuni miqrantın həyatını xilas etmişdi.
Mənbə:> APA