Girovlarımıza Avropa müdafiəsi
Moldovalı ombudsman Aureliya Qriqoriu ermənilərin əlində girov olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi müdafiə edəcək.
O, separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni ittiham etdiyi azərbaycanlı girovların hüquqlarının müdafiəsi məsələsini avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazır olduğunu bildirib.
AzNews.info-nun məlumatına görə, A. Qriqoriu Trend-ə açıqlamasında ermənilərin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəməsi" qanuni deyil. Onun sözlərinə görə, faktla bağlı informasiyalar kifayət qədər olmadığından dünya bu məsələyə heç bir reaksiya vermir.
"Mən bu məsələni avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazıram, ancaq mənə son lazımi məlumatlar lazımdır"-deyə, Qruqoriu bldirib.
Sözügedən məsələdə dünyanın Dağlıq Qarabağ münaqişəsinə ikili standart bəsləməsinin, insan hüquqlarının pozulma faktlarının qiymətləndirilməsində siyasi prioritetlərin rol oynadığını qeyd edib.
"Əks halda, Rusiya hökumətinin Rusiya vətəndaşının qeyri-qanuni "məhkəməsində" hərəkətsizliyini başqa cür adlandırmaq mümkün deyil"-deyib.
Xatırladaq ki, erməni xüsusi dəstələrinin 11 iyulda Kəlbəcərin Şallar kəndində keçirdiyi əməliyyatda Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb. Onlara qarşı cinayət işi açıldı və qondarma Dağlıq Qarabağ respublikasının qurduğu qeyri-qanuni məhkəmədə Dilqəmə ömürlük, Şahbaza isə 25 il həbs cəzası verildi.
Dilqəm Əsgərov milliyətcə azərbaycanlıdır, Rusiya vətəndaşıdır.
Mənbə:> Trend