12 miqrantı dənizə atdılar
Aralıq dənizini qayıqda keçən miqrantlar 12 xristianı dənizə atıblar.
ANS PRESS xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb.
Bildirilir ki, bu hadisə ilə əlaqədar olaraq ölkəyə qayıqla gələn 15 müsəlman miqrant tutulub. Xristianlarla qayıqda dalaşan müsəlman miqrantlar İtaliyanın Siciliya şəhərində həbs ediliblər. Onlar əsasən Fil Dişi Sahili, Seneqal, Mali və Qvineya vətəndaşlarıdır. Dənizə atılanlar isə əsasən Qanadan və Nigeriyadan olan xristianlardır. Onlar dənizdə boğulublar.
Ümumiyyətlə, ilin əvvəllərindən dənizdə boğulan miqrantların sayı 500-ə çatıb. Son zamanlar Afrika və Yaxın Şərq ölkələrindən dənizdən keçərək Avropaya gələn 10 minədək miqrantın həyatı xilas edilib.
Mənbə:> ANSPRESS