Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas ediblər.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Lənkəranda motorlu qayıqla dənizə çıxmış 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Hadisə barədə nazirliyin qaynar xəttinə məlumat daxil olan kimi dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb olunub.
Batmaq təhlükəsi ilə üzləşənlər xilas ediliblər.
Mənbə:> Oxu.az