Bulvarda intihar cəhdi

Bakıda bir nəfər özünü dənizə atıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal hadisə yerinə cəlb edilmiş nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:17-də başa çatıb.
Mənbə: ANSPRESS