Erməni miqrant damarlarını doğradı
Moskvada müvəqqəti təcridxanada saxlanılan ermənistanlı miqrant damarlarını kəsib.
ANS PRESS-in məlumatına görə, erməni miqrantdan başqa daha 7 nəfər də öz damarlarını kəsərək saxlandıqları yerin şəraitsizliyinə etiraz edib.
Miqrantların yaralarının təhlükəli olmadığı bildirilir. Özlərinə qəsd edən miqrantlara dərhal ilkin tibbi yardım göstərilib.
Özünə qəsd edənlər arasında Ermənistanla yanaşı Gürcüstan, Tacikistan və Ukraynadan olan vətəndaşlar da var.
Həmin şəxslər dövlət sərhədini pozuduqları üçün Rusiyadan deportasiya ediləcəklər.
Mənbə:> ANSPRESS