Rusiyadan ermənilərə "dirsək"
Rusiya 30 min erməninin ölkəyə daxil olmasına qoyulan qadağanı qüvvədə saxlayıb.
ANS PRESS-in məlumatına görə, onlar ölkənin miqrasiya qanunvericiliyinin pozduqları üçün ölkədən çıxarılıblar.
Ermənistanın Ərazi İdarətmə Nazirliyinin Miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bu haldan məyusluğunu ifadə edib. O, Rusiya Miqrasiya İdarəsinə 2500 insanın icazəsi üçün sorğu göndərildiyini söyləyib. Lakin Rusiya onlara "dirsək" göstərib. Müraciət edənlərdən yalnız 250 erməniyə münasibətdə Rusiyaya daxil olmaya qoyulan qadağa şərtlər daxilində aradan qaldırılıb.
Q.Yeqanyan deyib ki, hər gün çoxsaylı vətəndaş onlara müraciət edir. Bu problem haqqında rusiyalı həmkarı ilə danışıqlar nəticə verməyib. Biz ümidlərimizi Avrasiya İiqtisadi İttifaqına bağlamışdıq. Amma çox təəssüf ki, bu təşkilatdan da bizə "qırmızı işıq" yandırılıb. Rusiya tərəfi bildirib ki, bunun Aİİ ilə heç bir əlaqəsi yoxdur. Rusiyada qanunpozmalara görə əvvəlki qanunvericilik qüvvəsini saxlayır.
Mənbə:> ANSPRESS