Moskvada miqrant problemi
Moskvada miqrantlar tərəfindən həyata keçirilən cinayət səviyyəci 14-15% aşağı düşüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bu gün Dövlət Dumasında çıxışında bildirib. Amma onun sözlərinə görə, buna baxmayaraq, şəhərdə qanunsuz miqrasiya problemi əsas və ciddi problem olaraq qalır.
Onun sözlərinə görə, bu problemin həlli üçün 2015-ci ildən sonra yeni patent sisteminə dəyişiklik ediləcək. “Qanunsuz miqrasiya məsələsini həll etdikdən sonra Moskva dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevriləcək”,- deyə Sobyanin vurğulayıb.
O əlavə edib ki, qanunsuz miqrasiyanı həll edən zaman paytaxtın iqtisadi spesifikasını da nəzərə almaq lazımdır. "Siz bilirsiniz, bizdə demək olar ki, işsizlik yoxdur, iş yerlərinin profisiti isə 2 milyona yaxındır. Təbii ki, miqrant resursları cəlb etmədən bu problemi həll etmək mümkün deyil", - deyə Moskva meri bildirib.
Mənbə:> ANSPRESS