İlham Əliyev: Belə dəyərlər bizə lazım deyil » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Təhsil

İlham Əliyev: Belə dəyərlər bizə lazım deyil

İlham Əliyev: Belə dəyərlər bizə lazım deyil


Görün indi, Avropda hansı dəhşətli hadisələr baş verir. Yazıq insanlara, müharibədən qaçan insanlara qarşı hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri? Budurmu uzun illər bəyan etdikləri prinsiplər? Bəs haradadır toleratnlıq, haradadır multikultiralizm, xeyirxahlıq, mərhəmət? Biz bunları görmürük. Nəyi görürük? Dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, islamafobiya, ksenofobiya, fazişm, irqçilik.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, bu dəyərləri bəziləri Azərbaycanda da tətbiq etmək istəyirlər.

“Belə dəyərlər bizə lazım deyil. Qoy özləri üçün qalsın. Bu gün Avropa məkanında yaşanan bu böhran mənəvi böhran, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür. Biz bunu görmürük. Ona görə bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi dairələr öz iç üzünü açırlar. Daha pərdələnə bilmirlər”, - prezident deyib.

İlham Əliyev Azərbaycanın milli dəyərlərinin mənəviyyat, vətənpərvərlik, ləyaqət və milli qürürun olduğunu qeyd edib.

“Budur bizim dəyərlərimiz və biz bu dəyərləri qoruyacağıq. Biz qarşı aparılan kampaniyalara biz layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz.

Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri. Bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər”, - dövlət başçısı deyib.

İlham Əliyev əmin olduğunu bildirib ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra olunacaq.

“Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var”, - dövlət başçısı deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *