Prezident: Bu gün Azərbaycan etibarlı əllərdədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Təhsil

Prezident: Bu gün Azərbaycan etibarlı əllərdədir

Prezident: Bu gün Azərbaycan etibarlı əllərdədir


Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Və Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır. Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda 148 saylı orta məktəbin açılışında çıxışı zamanı bildirib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycana qarşı yönələn təzyiqlərin, təhqirlərin, hücumların əsasında da ölkənin apardığı müstəqil siyasət dayanır.

“Bəzi qüvvələr istəyirlər ki, Azərbaycanı özlərinə tabe etsinlər, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu mümkün deyil, çünki bizim ümumi inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqın iradəsinə əsaslanır, milli dəyərlərimizə əsaslanır və bizim maraqlarımıza əsaslanr. İlk növbədə Azərbaycanın maraqlarıdır, ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və rifahıdır.

Və görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz də buna hazırıq, layiqli cavabını veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub və kifayət qədər güclü potensiala malikdir. Biz ölkəmizi böyük inamla idarə edirik. Əsas məsələ gənc nəslin də bu ruhda tərbiyələnsinlər, milli ruhda”, - deyə, dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, gənclərin milli ruhda tərbiyələndirilməsi biliklə, savadla bərabər eyni əhəmiyyətə malik məsələdir.

“Siz də müəllimlərin çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyələnsinlər, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *