İlham Əliyev: Uğurlarımıza heç bir qüvvə təsir edə bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev: Uğurlarımıza heç bir qüvvə təsir edə bilməz

İlham Əliyev: Uğurlarımıza heç bir qüvvə təsir edə bilməz

Dövlət başçısı iftar mərasimində iştirak edib.

Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxışında deyib.

İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırdı. Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlətimizin başçısı ölkəmizdəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğuladı. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən Prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirdi.

Dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd etdi.

“Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqımız üçün milli mənəvi dəyərlər hər şeydən üstündür. Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırdı.

Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən Prezident İlham Əliyev öz adından və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirdi.

“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, - deyən Prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik etdi.

Sonda şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə milli mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq etdi.

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

AzNews.info AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini, ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırdılar.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Sonra iftar süfrəsi açıldı.

İlham Əliyev: Uğurlarımıza heç bir qüvvə təsir edə bilməz
İlham Əliyev: Uğurlarımıza heç bir qüvvə təsir edə bilməz

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *