Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi verilib – FOTO
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar süfrəsi verilib.
Oxu.Az-ın Fondun saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc saxlayan təmsilçiləri iştirak ediblər.
Əvvəlcə qonaqlar “Ramazan çadırı” qarşısında açılan fotosərgi ilə tanış olublar.
Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.
İftarda Azərbaycan və Bakıda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib.
İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.
Mənbə:> Oxu.Az