“Ruhum icazə versə, Leyla Əliyevaya şeir yazacağam”
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın şeirinə musiqi bəstələyib.
Bu barədə AzVision.az-a E.Seyidcahan özü məlumat verib. O, bildirib ki, Leyla Əliyevanın “İnsanlar” adlı şeirinin rus dilində olan variantına tamaşa formasında mahnı bəstələyib: “Yaxın günlərdə Rus Dram Teatında həmin tamaşa nümayiş etdiriləcək. Tamaşada “İnsanlar“ şeirinin rus dilində olan variantına yazdığım musiqi ifa olunacaq“.
E. Seyidcahan gələcəkdə L. Əliyevaya şeir də həsr edə biləcəyini söyləyib: “Əsas onunla görüş deyil. Əgər insanlar yaradıcıdırlarsa, ruhları da bir binə yaxındırsa, onlar hər gün görüşürlər. Mən insanları narahat etməkdən çəkinirəm. Mahnı bəstələdiyim insanları narahat edən adamlardan deyiləm.Əsas odur ki, Leyla xanımla bizim yaradıcılığımız əməkdaşlıq edir. Şeirlərimi bədahətən yazıram. Mən işlərimi planla görmürəm. Allah bir şeyə “ol” deyirsə o da olur. Şeirlərimi ruhla yazıram. Ruhum icazə verəsə Leyla xanıma şeir yazacağam“.
Qeyd edək ki, bir müddət öncə Elza Seyidcahan prezident İlham Əliyevin doğum günü üçün Leyla Əliyevanın şeirinə mahnı bəstələmişdi.
Mənbə:> AzVision.az