İlham Əliyev: Dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İlham Əliyev: Dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır

İlham Əliyev: Dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır


Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaq, çünki bugünkü dünyada biz görürük ki, bəzi hallarda ideoloji müharibələr gedir, xüsusilə gənclərlə bağlı xüsusi proqramlar icra edilir, qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür və nəticə etibarilə bu həmin ölkələrdə problemlərə gətirib çıxarır.

Elə etməliyik ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda 148 saylı məktəbin açılışında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.

“Bu gün bir çox yerlərdə dünyada gedən prosesləri gənclər bilir və görürlər. Gənclər formalaşmaqda olan insanlardır. Və bəzi hallarda onlara təsir etmək o qədər də çətin olmur. Ona görə də biz gənclərimizi yad təsirdən qorumalıyıq, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq.

Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq.

Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai asayiş qorunur, sabitlik var, inkişaf var. İndi ölkələrin bir çoxunda böhran yaşanır, Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır”, - deyə, İlham Əliyev vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *