Novruz Məmmədov: Azərbaycan etibarlı əllərdədir
15 iyun Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir. Təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarlı əllərdədir.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
“Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir. Əminəm ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimizlə fəxr edir”, - deyə N. Məmmədov qeyd edib.
Mənbə:> Oxu.Az