PA rəsmisi: Gənclər ayıq olsunlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Gənclik

PA rəsmisi: Gənclər ayıq olsunlar

PA rəsmisi: Gənclər ayıq olsunlar


“Son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər.”

ANS PRESS-in məlumatına görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında deyib.

O bildirib: "Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq.

Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər."

Onun sözlərinə görə, bu gün ölkə başçısının gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Onun fikrincə, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

PA rəsmisi vurğulayıb ki, həqiqətən YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da ulu öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevə inam və etibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir.

Ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər.

Ə.Həsənov YAP Gənclər Birliyinin sıraları durmadan genişləndiyini, xeyli sayda gəncin öz gələcək talelərini partiya fəaliyyətinə bağladıqlarını açıqlayıb: “Təbii ki, bunun əsas səbəbi Partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və Partiyanın sədri cənab İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər.”

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *