Ağdamda yeni layihə həyata keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik

Ağdamda yeni layihə həyata keçiriləcək

Ağdamda yeni layihə həyata keçiriləcək


Ağdamda “Region gənclərinin ekoloji maarifləndirmə məktəbi” layihəsi həyata keçiriləcək

AzNews.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda “Region gənclərinin ekoloji maarifləndirmə məktəbi” layihəsi həyata keçiriləcək.
İctimai Birliyinin sədri Amil Cavadov bildirib ki, layihənin keçirilməsində məqsəd Qarabağ regionunda, əsasən Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, gəncləri ekologiya (qlobal istiləşmə və iqlim dəyişikliyi) sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onların arasında birgə fəaliyyəti həvəsləndirməkdir.
Aprelin 21-25-də keçiriləcək layihə çərçivəsində Ağdam rayonu ərazisində məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan təxminən 150-yə yaxın gənc təlimlərə cəlb olunacaq. Layihə çərçivəsində, həmçinin meşə ərazisinin təmizlənməsi aksiyasının təşkil edilməsi, ərazilərdə xüsusi hazırlanmış “Ətraf mühiti qoruyaq” adlı lövhələrin quraşdırılması, gənclərdən ibarət “Ekologiyanı qoruyaq” adlı ekoloji şəbəkənin yaradılması nəzərdə tutulur.
Layihənin yekununda gənclər üçün elektron qrup yaradılacaq. Gənclər bu qrup vasitəsilə digər gənclərlə fikir mübadiləsi aparacaq, bu tipli layihələrin hazırlanması və icra edilməsini müzakirə edəcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *