Gəncədə yeni layihə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Gənclik

Gəncədə yeni layihə

Gəncədə yeni layihə


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “Mən Bacarıram” adlı universitet tələbələrinin istedad müsabiqəsi layihəsinin icrasına başlayır.

AzNews.info xəbər verir ki, ümumilikdə 3-17 mart tarixlərini əhatə edən layihənin əsas məqsədi Gəncə Dövlət Universitetində təhsil alan istedadlı tələbələri aşkar edərək üzə çıxarmaq,onlara yeni imkanlar yaradaraq dəstək olmaqdan ibarətdir. 2 mərhələdən ibarət olan layihənin ilkin mərhələsində seçim turu , ikinci mərhələsində isə final turu keçiriləcək. Müsabiqədə mahnı,şeir,rəqs,teatr,çalğı alətlərinin ifası, yaxud qeyri-adi bir istedad və xüsusi bacarığı olan hər bir kəs iştirak edə bilər. Münsiflər tərəfindən seçiləcək olan qaliblərə pul mükafatı və dəyərli hədiyyələr təqdim olunacaq. Layihənin yekunu və təltif olunma mərasimi 17 mart tarixində həyata keçiriləcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *