Oğuz rayonunda "Marketinqin rolu" haqqında seminar keçirilib » AzNews.info -Xəbər portalı

Oğuz rayonunda "Marketinqin rolu" haqqında seminar keçirilib – FOTO

Oğuz rayonunda "Marketinqin rolu" haqqında seminar keçirilib


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin “İnkişaf etmiş ölkələrin iqtisadi təcrübələrindən istifadə edərək bazar iqtisadiyyatı şəraitində Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin əhəmiyyətli rolu” adlı layihəsi çərçivəsində Oğuz rayonunda iki seminar keçirib.

AzNews.info-nun verdiyi xəbərə görə, seminarda “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov layihə, onun məqsədləri, görülmüş işlər barədə məlumat verib. Təlimçi Səbuhi Aslanov isə gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğunu vurğuladı, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün nələri bilmənin vacibliyi barədə məlumatlar verib.

Seminarda Oğuz rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin məsul işçisi Aqil Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, müəllim və şagirdlər iştirak ediblər. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş qələmlər paylanılıb, xatirə şəkli çəkilib.

Oğuz rayonunda "Marketinqin rolu" haqqında seminar keçirilib
Oğuz rayonunda "Marketinqin rolu" haqqında seminar keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *