İlham Əliyev: Bizim ölkəmizi məhv etmək istəyirlər
Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin, çünki həm beynəlxalq müstəvidə, həm ölkə daxilində aparılan siyasətimiz, görülən işlər doğurdan da dəyərlidir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda 148 saylı məktəbin açılışında çıxışı zamanı bildirib.
“Vətənpərvərlik, milli ruh – budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq istəyirlər, bizi öz kökümüzdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qorumuşuq və bu gün də qoruyacağıq.
Və bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər bizim ölkəmizi məhv etmək istəyirlər. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır və gənc nəsil vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır”, - deyə, İ.Əliyev bəyan edib.
Mənbə:> Oxu.Az