Yunanıstan hava limanların satdı – FOTO
Yunanıstanda iqtsadi böhran davam edir. Hökümət indi də böhrandan çıxmaq üçün özələşdirmə proqramı həyata keçirir.
ANS PRESS –in məlumatına görə, proqram çərçivəsində Yunanıstan 14 hava limanını Almaniya şirkəti Fraporta satıb.
Müqaviləyə əsasən Fraport şirkəti yunan hökümətinə bir dəfəyə 1 milyarda 234 min avro, hər il isə 22.9 milyon avro ödəyəcək.
Razılaşmaya əsasən Selanik, Korfu, Rodos, Hania, Kos, Midilli, Santorini ve Mykonos hava limanları Almaniya şirkətinə 40 il müddətinə verilir. Satış haqında ölkənin baş naziri Aleksis Tsipras açıqlama verib. Bu yeni kredit müqaviləsi islahatlar paketi qəbul olunduqdan sonra ölkənin ilk özələşdirmə proqramıdır.
Selanik hava limanı
Özələşdirmə Avrozona ölkələri ilə əldə olunan razılaşmada da öz əksini tapıb. 3-cü yardım paketinə əsasən Avrozona ölkələri Yunanıstana 86 milyard avro kredit ayırlar. Bu razılaşma qarşılığında isə Yunanıstan həm sosial həmdə iqtisadi islahatlarla yanaşı özələşdirmə proqramları həyata keçirməcəyi barədə üzərinə öhtəlik götürüb.
Hökümətin bu qərarı Yunaıstanın daxilində birmənalı qarşılanmayıb. Bəzi qəzetlər Tsipras hökümətətinin ölkənin ən dəyərli sərvətlərində birini satışa çıxardığını açıqlayıb. Baş nazir islahatlar paketinə tez boyun əyməkdə günahladırırlar.
Qeyd edək ki, Yunanıstan müxtəlif dövürlərdə Avrozona ölkələrindən aldığı borcu qaytara bilmədiyi üçün tənəzzül dövrünü yaşayır. Almaniya başda olmaqla digər Avropa dövlətləri Yunanıstandan onlara olan borclarını qaytarmaq üçün islahatlər aparmasını tələb edirdilər.
Yunanıstanın borclu olduğu ölkələr
Uzun müzakirələrdən sonra Avrozona liderləri Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb. "Körpü krediti" adlanan bu vəsait bütün Avropanı əhatə edən maliyyə fondundan ayrılacaq.
Həmçinin, Avropa Mərkəzi Bankı Yunanıstana fövqəladə maliyyə yardımı ayırmağa razılaşıb. İyun ayında bu yardım dondurulmuşdu.Yunanıstan parlamentində çərşənbə günü başlayan və cümə günü səhər saatlarına qədər davam edən gərgin səsvermədə avrozonanın islahatlar təklifi qəbul olunub.
Mənbə:> ANSPRESS