323 milyard avro borcu olan yunanlar “yanır”
İyunun 22-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitindən əvvəl Yunanıstanın dövlət naziri borcun ödənişi ilə bağlı yeni təkliflə çıxış edəcəyini bildirib.
Avropa Komissiyası Beynəxalq Valyuta Fondu (BVF) və Avropanın Mərkəzi Bankı Yunanıstana maliyyə yardımı ayırmaqdan öncə vergi, büdcə və sosial xidmət sahəsində, islahatların keçiriləcəyinə əmin olmaq istəyirlər.
Yunanıstan BFV-nin 1,6 milyard avro həcmində krediti üzrə ödəniş barədə iki həftə ərzində kreditorlarla razılığa gələ bilməsə, defoltla üzləşə bilər.
Zirvə görüşündən əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras “Aİ qaydaları və demokratiyaya əsaslanan çözümün” tapılacağına inandığını deyib.
Bundan əvvəl Almaniya kansleri Angela Merkel deyib ki, bazar ertəsi keçiriləcək fövqəladə sammitdən əvvəl Yunanıstan və kreditorlar arasında razılaşmaya nail olmaq lazımdır.
“Əks təqdirdə sammit heç bir qərar çıxara bilməyəcək” - deyə Angela Merkel bildirib.
Ötən həftə ərzində Yunanıstan bank hesablarından 4 milyard avronun çəkilməsi barədə xəbərlər maliyyə sisteminin sabitliyi ilə bağlı narahatlıqlara zəmin yaradıb.
Cümə günü Avropanın Mərkəzi Bankı Yunanıstan banklarına əlavə yardım fondunu təsdiqləyib. Hərçənd ki, onun həcmi barədə rəsmi məlumat verilmir.
Yunanıstanın ümumi borcu 323 milyard avroya yaxındır.
Rusiya belə bir müraciətin daxil olacağı təqdirdə Afinaya kredit ayrılmasını nəzərdən keçirəcəyini bildirib.
BVF-yə borcu üzrə ödənişin yerinə yetirilməyəcəyi təqdirdə Yunanıstan mümkündür ki, avrozonanı, hətta Avropa İttifaqını tərk edə bilər (BBC).
Mənbə:> Virtualaz.org