Kredit 2 ölkəni bir-birinə vurdu » AzNews.info -Xəbər portalı

Kredit 2 ölkəni bir-birinə vurdu

Kredit 2 ölkəni bir-birinə vurdu


Almaniya ilə Yunanıstan arasında kredit məsələsi ilə əlaqədar münasibətlər gərginləşib. ANS PRESS-in məlumatına görə, Almaniya hökuməti Yunanıstana kredit ayrılması üçün rəsmi Afinadan bir sıra maliyyə islahatları keçirməsini tələb etsə də, yunan hökuməti buna razılıq vermir.

Əvəzində isə, Almaniyadan ikinci dünya müharibəsi zamanı ölkəyə dəyən ziyana görə 11 milyard dollar məbləğində təzminat tələb edir. Yunan hökuməti müharibə dövründə ölkədə 200-dən çox mülki vətəndaşın qətlə yetirildiyini əsas gətirib.

Bir qədər əvvəl Yunanıstanın maliyyə naziri Yanis Varufakisin Almaniya hökumətinə təhqiramiz işarə göstərməsi isə, münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Nazir videonun saxta olduğunu desə də, Almaniya hökuməti araşdırmadan sonra videoda heç bir manipulyasiyanın olmadığını açıqlayıb.

Almaniyanın Der Şpigel jurnalı iki ölkə arasındakı münasibətləri jurnalın üz qabğına yerləşdirdiyi fotoşəkillə təsvir etməyə çalışıb. Fotoşəkildə Almaniya kansleri Angela Merkel vermaxt zabitlərinin əhatəsində Afina akropolunun qarşısında təsvir olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *