Yunanıstanın batdığı deyilir
“Dr. Qiyamət” ləqəbli sərmayə eksperti Mark Feber maliyyə sıxıntısı yaşayan Yunanıstan barədə şokedici açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Feber bu ölkənin gələcəyinə dair bədbin proqnoz səsləndirib.
“Qarşıdakı 10 il ərzində Yunanıstanın böyümə tempi 10 faizə çatsa da bu ölkə borcunu ödəyə bilməyəcək. Yunanıstan Avrozonadan ayrılaraq parlel pul vahidindən istifadə edə bilərdi. Amma Avropada buna izn verəcəkiştah yoxdur. Şəxsən mən bunun iqtisadi yox, siyasi bir məsələ olduğunu hesab edirəm”.
Məşhur investor ABŞ və NATO kimi qüvvələrin Yunanıstanın Avrozonadan ayrılmasını istəmədiyini, çünki bu təqdirdə Rusiya və Çin kimi ölkələrin Yunanıstanın qapısını döyəcəyini deyib.
Mənbə:> ANSPRESS