Yunanıstanın fond bazarı ilk iş günü çökdü
Beş həftəlik fasilədən sonra işə başlayan Yunanıstan fond bazarında azalma müşahidə edilib. Yunanıstanın ASE fond indeksinin 23% düşdüyü bir vaxta, ölkənin Milli Bankının səhimlərinin qiyməti də 30% azalıb.
ANS PRESS-in məlumatına görə Yunanıstan iqtisadiyyatının qeyri-stabil vəziyyəti birja bazarınada öz təsirini göstərib. Xüsusi rejimdə işləməyə başlayan birjada əcnəbilər üçün həç bir qadağa tətbiq olunmasada, yerli oyunçular məbləgi yalnız nəgd şəkildə ödəməlidirlər.
İndeksin aşağı düşməsi Afinaya maliyyə yardımının ayrılmasına dair aparılan danışıqların nəticəsinə təsirsiz ötüşməyəcəyi gözlənilir. Aleksis Tsipras hakimiyyəti ilk tranşın 24 milyard avro olacağına ümüd edir. Bu vəsaitin ölkə banklarının təkrar kapitallaşmasına, qısa müddətli kreditlərin və Yunanıstanın Avropa Mərkəzi Bankına (AMB) olan borcların ödənilməsinə sərf olunacağı bildirilir.
Hazırda Afinanın danışıqlar apardığı kreditorların sayı 4-ə çatıb. Avropa İttifaqı, AMB və Beynəlxalq Valyuta Fonduna Avropa Stabilləşmə fonduda əlavə olunub. Bu dörd qurum Yunanıstana 3 il müddətində 86 milyard avro həcmində 3-cü yardım paketinin verilməsini planlaşdırır. Kreditorların Afinanın müraciəti ilə razılaşacağı halda ilk tranş belə bölünəcək:
10 milyard avro - bir sıra yunan bankının kapital strukturunun yenidən qurulmasına;
7,16 milyard avro - müvəqqəti kreditlərin bağlanmasına
3,2 milyard avro - AMB-a olan borcların qaytarılmasına sərf olyunacaq.
Yunanıstana yeni kreditlərin verilməsinə dair danışıqların avqustun ortalarına qədər yekunlaşması gözlənilir.
Mənbə:> ANSPRESS