Yunanların taleyi 24 saata həll olunacaq
Yaxın 24 saat Yunanıstanın borc böhranının çözümü üçün həlledici ola bilər.
Problemin çözülməsi yollarının müzakirə edilməsi üçün Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə növbədənkənar iclas keçirirlər.
Yunanıstan baş naziri Aleksis Tsipras sammit başlanarkən Yunanıstan "avrozona çərçivəsində iqtisadi inkişaf yolna dönəcəyinə" ümidvar olduğunu bildirib.
Lakin Avropa xarici işlər nazirləri bazar ertəsi Yunanıstana növbəti dəfə maliyyə yardımının göstərilməsi barədə qərar vermək üçün hələlik heç bir əsasın olmadığını bildiriblər.
Yunanıstan baş naziri Aleksis Tsipras ölkəsininin xarici borca görə defolta uğramasına yol verməmək üçün Aİ-ə yeni təkliflər təqdim etərək təqaüdlərin ixtisarı, elektrik enerjisi tariflərinin qaldırılması kimi qeyri-populyar tədbirlərə hökümətin razılıq verməyəcəyini vəd edib.
Brüsseldə bazar ertəsi işinə başlamış Aİ sammiti iştirakçıları Yunanıstan borcu ilə bağlı problemin həlli yollarını tapmağa çalışırlar.
Bazar günü Aleksis Tsipras Aİ liderlərinə Afinanın Beynəlxalq Valyuta Fondundan aldığı 1,6 milyard avro borca görə defoltdan yayınmaq üzrə yeni təklif təqdim etmişdi. Bəzi Brüssel məmurları bu təklifi "ümidverici" sayır.
Yunanıstan iyun ayının sonunadək Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı borca görə ödənişlər etməlidir. Bu, baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.
BVF, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı ilə Yunanıstan arasında danışıqlar 5 aydır davam etməkdədir. Bu qurumlar Afinaya 7,2 milyard avro həcmində yardımın verilməsini Yunanıstanın iqtisadi islahatlar proqramının keçirilməsinə razılaşması ilə şərtləndirirlər (BBC).
Mənbə:> Virtualaz.org