Yunanıstan arzusuna çatdı
Yunanıstana daha 86 milyard avro ayrıldı.
ANS PRESS-in məlumatına görə, Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstana 86 milyard avro məbləğində üçüncü antiböhran yardım paketi verilməsində razılıq əldə ediblər.
Avroqrupun rəhbəri Jeroen Dijsselbloem deyib ki, Afinaya yardım müzakirələri zamanı fikir ayrılıqları olsa da, nəticədə bütün mübahisəli məsələlər yoluna qoyulub.
Avroqrupun avqustun 14-də Brüsseldə keçirilən toplantısı 6 saat davam edib.
"France-Presse" bildirir ki, bu zaman Afinanın kredit qarşılığında aparacağı islahatlar və atacağı sərt addımlar bütün incəliklərinə qədər müzakirə edilib.
Avropada kifayət qədər söz sahibi olan Almaniya isə Afinanın xeyrinə atılan addımı sərt qarşılayıb və özü Yunanıstana uzun müddətli kredit verməsi təklifini irəi sürüb.
Lakin baş nazir Tsipras hələ keçən çıxışında Almaniyadan alınan krediti "sonu olmayan böhran" adlandırıb.
Mənbə:> ANSPRESS