“Azərbaycan hibrid müharibə ilə üzləşib...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Azərbaycan hibrid müharibə ilə üzləşib...” ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİNİN MÜAVİNİ

“Azərbaycan hibrid müharibə ilə üzləşib...”

Amerikanın Rusyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi Moskvanı beynəlxalq hüququn normalarına geri dönməyə məcbur etməkdir. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib.

Bu günlərdə Cənubi Qafqaz regionunda səfərdə olan Corc Kentlə Rusiya, Ukrayna, Macarıstan, Latviya, Polşa, Serbiya və Türkiyədən olan bir qrup jurnalist Kiyevdən “Skype” üzərindən söhbətləşiblər. Jurnalistlərin amerikalı diplomatla bu söhbətini ATƏT “Dezinformasiyaya qarşı mübarizə” proqramı çərçivəsində təşkil edib.

Diplomat dezinformasiya mövzusuna özünün giriş nitqində toxunub. “Mən Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanla işləyirəm. Həmin ölkələrin hamısı bu və ya başqa formada Rusiyanın region ölkələrinə yanaşmasının nəticəsi olaraq meydana çıxan çağırışlarla üzləşiblər”-Corc Kent bildirib.

“Azərbaycan hibrid müharibə ilə üzləşib...”


Dövlət Departamentinin rəsmisi dəqiqləşdirib ki, söhbət o cümlədən beynəlxalq hüququn normalarının pozulmasından, dezinformasiyadan istifadə edilməsindən və “bəzilərinin hibrid müharibə adlandırdığı metodların” işə salınmasından gedir.

“Hər ölkədə situasiya fərqlidir və onların hər biri bu çağırışlara fərqli reaksiya verir”-diplomat əlavə edib.

Corc Kent qeyd edib ki, ona və bir çoxlarına Donbassdakı münaqişə 2008-ci ilin avqustunda Gürcüstanda baş verənləri xatırladır. “Hesab edirəm ki, bu Rusiyanın taktikasıdır-ölkələrdə situasyanı debalanslaşdırmaq və onlara öz gələcəklərini müəyyən etməyə imkan verməmək”-amerikalı diplomat deyib.

Lakin diplomata görə Amerikanın yanaşması bunun əksidir. “Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkələrin öz gələcəklərini seçmək hüququ olmalıdır. Biz bu ölkələrin ərazi bütövlüklərini və suverenliklərini dəstəkləyirik. Biz dövlətlərin çiçəkləndiyi və öz yolunu seçdiyi, o cümlədən Rusiya ilə yaxşı münasibətlə qurduğu, habelə Avropa ittifaqı ilə iqtisadi yaxınlaşmaya malik olduğu, ABŞ-la regional stabillik və iqtisadiyyat məsələlərində tərəfdaşlıq yaratdığı region görmək istəyirik”-Corc Kent belə deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *