ABŞ Azərbaycanda növbədənkənar seçkilərə nə dedi?!... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ Azərbaycanda növbədənkənar seçkilərə nə dedi?!...

ABŞ Azərbaycanda növbədənkənar seçkilərə nə dedi?!...

Bakıda səfərdə olan amerikalı diplomat, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricet Brink keçirdiyi brifinqdə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsinə münasibət bildirib.

"Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin"-xanım Brink jurnalistlərin suallarına cavab olaraq deyib.

"ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - diplomat əlavə edib.

Bricet Brink deyib ki, Bakıdakı təmasları zamanı "Azadlıq" radiosunun bağlanması məsələsini də müzakirə edib. “Mən bu müzakirələrin nəticələri barədə ABŞ-a qayıdarkən məruzə edəcəyəm"-o deyib.

B. Brink "Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsiri barədə suala cavab vermək istəməyib.

ABŞ Azərbaycanda növbədənkənar seçkilərə nə dedi?!...


Diplomat bildirib: "Mən Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu, ümumi işin vacib hissəsidir. ABŞ hökumətinin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementi hesab edirik".

Amerika rəsmisi deyib ki, insan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından vacibdir. “Prezident Donald Trampın da dediyi kimi, ABŞ-ın ən sıx əlaqələri dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Bu məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür", - Brink vurğulayıb. (İnformasiya agentliklərinin xəbərləri əsasında)

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *